\
10 Oktyabr 2024 - Cümə axşamı

"CinemaPlus"da “10+1” aksiyası başlayıb

"CinemaPlus"da “10+1” aksiyası başlayıb
1450baxış

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində “10+1” aksiyasına start verilib.

Mediapress.az xəbər verir ki, aksiya çərçivəsində 10 bilet alana 11-cisi pulsuz veriləcək. 

Aksiya bütün “CinemaPlus” şəbəkələrində, günün istənilən saatında və istənilən film üçün keçərlidir. Həmçinin hər çərşənbə axşamı bütün “CinemaPlus” kinoteatrlarında “Super Gün”, Gəncə filialında isə hər çərşənbə günü “Ailə günü” aksiyası mövcuddur.

“Super gün” və “Ailə günü” aksiyaları bayram və qeyri-iş günlərində keçərli deyil. Aksiyadan faydalanmaq istəyənlər bonus, endirim kartlarından və “cashback”dan (MasterCard, VISA, CineClub, Umico və başqaları) istifadə edə bilməz.