\
10 Oktyabr 2024 - Cümə axşamı

Şərq-Qərb Nəqliyyat Dəhlizində yükdaşımaların artacağı gözlənilir

Şərq-Qərb Nəqliyyat Dəhlizində yükdaşımaların artacağı gözlənilir
1440baxış

“Bu ilin doqquz ayında Şərq-Qərb Nəqliyyat Dəhlizi üzrə daşımaların 37 mln tona yaxın olacağı proqnozlaşdırılır”.

Bunu “Mediapress.az” a Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

O vurğulayıb ki, sözügedən dövr ərzində tranzit daşımalar 7,5 mln ton təşkil edəcəyi gözlənilir: “Türkiyədən Azərbaycan ərazisindən daşınacaq yüklərin sayının artacağı gözlənilir. Bu da ki, Türkiyənin Türkmənistana ixracın artması ilə bağlıdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Bununla yanaşı, Çindən də Azərbaycana yüklərin artacağı da gözlənilir”.

Xatırladaq ki, bu ilin I yarısında Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 mln ton tranzit yük daşınıb. Şərq-Qərb Nəqliyyat Dəhlizi Orta Koridor adlanır, Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.