\
9 Oktyabr 2024 - Çərşənbə

Samuxda polis rəisinin iki müavini işdən azad edilib

Samuxda polis rəisinin iki müavini işdən azad edilib
1535baxış

Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, bu barədə Daxili İşlər naziri, Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olunmayıb.

Mediapress.az