\
9 Oktyabr 2024 - Çərşənbə

Jurnalistlərin mənizllərinə “kupça” nə vaxt veriləcək? - - Dövlət Komitəsi AYDINLIQ GƏTİRDİ

Jurnalistlərin mənizllərinə “kupça” nə vaxt veriləcək? - - Dövlət Komitəsi AYDINLIQ GƏTİRDİ
1389baxış
“Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binanın sakinlərinə “kupça”ların təqdim edilməsi üçün bütün hazırlıqlar başa çatdırılıb”.
 
Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) mətbuat katibi Qulu Xəlilov Moderator.az-ın sorğusuna cavab olaraq məlumat verib.
 
Q.Xəlilov qeyd edib ki, ölkə başçısı Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilən və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar (“kupça”) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək”.
 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də öz növbəsində  məsələ ilə bağlı Modern.az-a deyib ki, müəyyən müddət sonra bu barədə mətbuata geniş məlumat veriləcək.