\
9 Oktyabr 2024 - Çərşənbə

AzVision.az xəbər portalının 7 yaşı oldu

AzVision.az xəbər portalının 7 yaşı oldu
1459baxış

Bu gün AzVision.az xəbər portalının 7 yaşı olur. 

Gündəlik 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və erməni dillərində xəbərlər yayan sayt 2012-ci ilin oktyabrın 1-də işə başlayıb.

AzVision.az ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. Sayt əyləncə və şou xarakterli məlumatlara yer ayırmır.

Saytda multimedia materiallarına da üstünlük verilir. Gündəlik xəbərlər ingilis və alman dilli oxuculara video formatında təqdim olunur.

AzVision.az-ın “Facebook”, “Tvitter”, “İnstagram” və “Youtube” hesabları da aktiv fəaliyyət göstərir. Bu hesablar vasitəsilə gün ərzində əsas xəbərlər sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırılır.

Mediapress.az kollektivi olaraq həmkarlarımız təbrik edir, daha yüksək zirvələri fəth etmələrini arzulayırıq!