\
9 Oktyabr 2024 - Çərşənbə

Toyda davadan sonra adam bıçaqlayan şəxsin məhkəməsi başlayır

Toyda davadan sonra adam bıçaqlayan şəxsin məhkəməsi başlayır
1449baxış

Göyçay rayonunda qəsdən bədənə ağır xəsarət yetirməkdə təqsirləndirilən Çingiz Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Mediapress.az"ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nahid Mirzəyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Göyçayın Ləkçiplaq kəndində baş verib. Rayondakı "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. Mərasim iştirakçıları qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib.

Ç.Səmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.