\
9 Oktyabr 2024 - Çərşənbə

Malayziyanın Baş naziri Azərbaycana gələcək

Malayziyanın Baş naziri Azərbaycana gələcək
1500baxış

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək.

Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin xarici işlər naziri Sayfuddin Abdulla da yer alacaq.