\
9 Oktyabr 2024 - Çərşənbə

Şirvanda sürücü sükan arxasında ölüb

Şirvanda sürücü sükan arxasında ölüb
1441baxış

Şirvan şəhərində sükan arxasında dünyasını dəyişən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Alik Əjdər oğludur. Onun ürəktutmasından öldüyü bildirilir.  

Faktla bağlı araşdırma aparılır.


*** 11:19

Şirvan şəhərində sürücü sükan arxasında  ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, sürücü “VAZ-2106” markalı avtomobillə şəhərin mərkəzi prospektində hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı səkiyə dəyərək dayanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Hadisə yerinə gələn həkimlər hələlik şəxsiyyəti məlum olmayan sürcünün öldüyünü bildiriblər. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Ekspertizasının Şirvan şəhər şöbəsinə yerləşdirilib.