\
9 Oktyabr 2024 - Çərşənbə

Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək

Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək
1384baxış

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək.

Bu barədə "Kommersant" qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, səfər çərçivəsində rusiyalı mütəxəssislərin Ermənistanda yerləşən və Pentaqonun pulu ilə yaradılan biolaboratoriyalara girişini təmin edən memorandum imzalanacaq.

Başqa mənbə qəzetə sənədin mətninin hazır olduğunu və qurumlararası razılaşdırmadan keçdiyini təsdiqləyib. Bildirilib ki, memorandum iki ölkə arasında tibbi-bioloji sahədə əməkdaşlığı nəzərdə tutur.

ABŞ-ın vəsaiti ilə modernləşdirilmiş, bioloji tədqiqatlar aparılan, ştamm və virusların öyrənildiyi laboratoriyalar MDB məkanında Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda fəaliyyət göstərir. (report)

Mediapress.az