\
9 Oktyabr 2024 - Çərşənbə

Zirəddin Rzayev Moskvada güllələnən ekstrasensdən danışdı

Zirəddin Rzayev Moskvada güllələnən ekstrasensdən danışdı
1033baxış
Dünən axşam saatlarında Moskvada yaşayan esktrasens Nadim Alixanov güllələnib. 
 
Belə ki, dostları ilə restoranların birində 34 illiyini qeyd edən ekstrasens qəflətən silahlı hücuma məruz qalıb. Hazırda o, reanimasiyadadır və həkimlərin bildirdiyinə görə, vəziyyəti kafidir. 
 
Məlum məsələ ilə bağlı Moderator.az-ın əməkdaşı Moskvada yaşayan tanınmış ekstrasenslə - Zirəddin Rzayevlə əlaqə saxlayıb:
 
“Xəbəri indi eşitdim və çox üzüldüm. Mən həmin ekstrasensi tanımıram. Heç bir əlaqəm də yoxdur. İndi yerindən qalxan özünü esktrasens adlandırır deyə, burda heç kimlə münasibət qurmuram. Mən burda yalnız elm adamları ilə oturub-dururam”, - deyən azərbaycanlı ekstrasens Zirəddin Rzayev ağır vəziyyətdə olan Nadimə Allahdan kömək dilədi.
 
Könül Aypara