\
9 Oktyabr 2024 - Çərşənbə

Əli Əsədov Moskvada Dmitri Medvedevlə görüşdü - FOTO

Əli Əsədov Moskvada Dmitri Medvedevlə görüşdü - FOTO
1448baxış

Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib.

Görüş MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində baş tutub. 

Görüşdə D.Medvedev əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib: 

 

“Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər”. 

D.Medvedev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi artıb.

Azərbaycanın Baş naziri Ə.Əsədov isə təbrikə görə təşəkkür edib. (Report)