\
9 Oktyabr 2024 - Çərşənbə

Vilayət Eyvazov Polis şöbəsinə yeni rəis təyin etdi

Vilayət Eyvazov Polis şöbəsinə yeni rəis təyin etdi
1655baxış
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
 
Mediapress.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.