\
9 Oktyabr 2024 - Çərşənbə

Jurnalistlər üçün “ABADla dad” adlı səhər yeməyi təşkil edilib - Fotolar

Jurnalistlər üçün “ABADla dad” adlı səhər yeməyi təşkil edilib - Fotolar
1518baxış
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) və Expressbank-ın dəstəyi ilə 25 oktyabr tarixində media nümayəndələri üçün ABADçıların məhsullarından ibarət “ABADla dad” adlı səhər yeməyi təşkil edib.
ABAD-dan Mediapress.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd kiçik ailə təsərrüfatları - ABADçıların istehsal etdiyi qida məhsulları ilə daha yaxından tanış olmaqdır.

Tədbir ABAD-ın nümayəndəsi Turanə Qasımova və Expressbank-ın idarə heyətinin üzvü Mehriban Ocaqquliyevanın salamlama nitqi ilə açıq elan edilib.



Səhər yeməyi çərçivəsində ABADçı Rəhimovlar ailəsinin “Kəndli” kolbasası, Ağasiyevlər ailəsinin “Doktorskaya” kolbasası, Ələsgərovlar ailəsinin “Bəh-bəh” sosisləri, Şükürovlar ailəsinin “Şərəfə” pendiri, Haciyevlər ailəsinin “Hənifə” pendiri, Niftəliyevlər ailəsinin “Bharat” pendiri, Axundzadələr ailəsinin qara çayı, “ABAD”ın müxtəlif cemləri, mürəbbələri, və s. məhsulları səhər yeməyində istifadə olunub.



ABADçıların iştirakı ilə mətbuat nümayəndələrinə qida məhsullarının hazırlanma şəraiti, onların təbiiliyi və faydası haqqında ətraflı məlumat verilib. ABADçı məhsulların ibarət dequstasiya masaları müxtəlif auditoriyalar üçün silsiləvi şəkildə keçiriləcək.

Qeyd edək ki, hazırda “ABAD” sıralarına 402 ailə daxildir. Onlardan 71 ABADçı ailəsi qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir.