\
9 Oktyabr 2024 - Çərşənbə

MSK Katibliyinin müdiri vəzifəsinə təyinat olub

MSK Katibliyinin müdiri vəzifəsinə təyinat olub
1633baxış

Mərkəzi Seçki Komissiyasında (MSK) yeni kadr təyinatı olub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun əmri ilə İlqar Əlizadə MSK Katibliyinin müdiri təyin edilib.

Xatırladaq ki, İ.Əlizadə 1998-2004-cü illərdə MSK-da çalışıb, daha sonra fəaliyyətini Milli Məclisdə davam etdirib.