\
9 Oktyabr 2024 - Çərşənbə

Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH

Aksiyalar xaosa, cəmiyyətin parçalanmasına xidmət edəndə... - ŞƏRH
1397baxış

Azərbaycan müstəqilliyini bərpa etdiyi müddət bir çox arzuedilməz və gözlənilməyən hadisələrlə üzləşib. Ötən illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyalarının, Özbəkistandan axısqa türklərinin, Qarabağdan qaçqın köçü, metroda törədilən terrorun, dövlət xadimlərinin terrorunun, hərbi zabitin qətlinin və s. şahidi olub. Həmin hadisələr Azərbaycanda xaosun, qarışıqlığın yaradılmasına hesablanmış cinayət əməlləri idi. Birmənalı şəkildə bu hadisələrdə xarici qüvvələr birbaşa, yaxud dolayı yolla iştirak ediblər.

İndi Azərbaycanda sabitlikdir. Dövlət müstəqilliyi möhkəmlənir. Demokratiya yolunda addımlar atılır. Yuxarıda sadaladığımız hadisələrin baş verdiyi tarixi şərait və zaman fərqli olsa da, düşmənin hədəfi Azərbaycan və onun vətəndaşları olub. Başqa sözlə, düşmən ölkədə xaos və qarışıqlıq yaratmaq üçün fürsət gözləyir. Bu aksiyaların nəyə başa gəldiyini Suriya, Yəmən, Misir, Liviya və başqalarının timsalında daha aydın görmək mümkündür. Sonrakı proseslərdə məlum olur ki, baş verən qarışıqlığın yaradılmasında əsas rolu xarici qüvvələr oynayıb. Onlara bu niyyətini həyata keçirmək üçün daxildəkilər də az iş görmür.