\
9 Oktyabr 2024 - Çərşənbə

"Arxamda dağ kimi dayanan iş adamının köməyilə çox az insanın sahib ola bildiyini qazandım" - Qənirə Ataşova

"Arxamda dağ kimi dayanan iş adamının köməyilə çox az insanın sahib ola bildiyini qazandım" - Qənirə Ataşova
1441baxış
ABŞ-da yaşayan ANS televiziyasının keçmiş əməkdaşı Qənirə Ataşova və övladlarına “Greencard” verilib. 
 
Bu barədə keçmiş aparıcının özü “Facebook” hesabında məlumat verib.
 
“Tramp hakimiyyəti dönəmində Amerika Birləşmiş Ştatlarından yaşıl kart almaq asan məsələ deyildi. Şükür dürüst yaşamışıq. Proses cox qısa çəkdi- bir il səkkiz ay”.
 
Q.Ataşova bildirib ki, ABŞ rəsmən onun jurnalistliyini tanıyıb və yeni iş yeri ilə təmin olunub: 
 
“Yeni iş yerim də GunAz TV oldu. Mənə çox az insanın sahib ola bildiyi “Greencard” təqdim edildi. Dövlət Departamentinin mətbuat bölümündə işləyəcəm. Bu işdə mənə yaxından kömək olan, arxamda dağ kimi dayanan, Amerikada yaşayan iş adamı və GunAz TV-nin sahibi Əhməd Obalıya dərin təşəkkürümü bildirirəm”.