\
9 Oktyabr 2024 - Çərşənbə

Azərbaycan Latviyaya alma və nar ixrac edə bilər

Azərbaycan Latviyaya alma və nar ixrac edə bilər
1403baxış

“Bu gün Bakıda Latviyanın süd məhsullarının təqdimat mərasimində biz Azərbaycandan məhsul idxalı imkanlarını da araşdırdıq”.

“Report” xəbər verir ki, bunu Latviya Süd Məhsulları İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Danis Şolks deyib. 

"Hazırda Latviyaya Azərbaycan məhsulları ixrac edilir. Lakin ixrac həcmini artırmaq mümkündür. Məsələn, Latviya Türkiyədən və digər ölkələrdən alma, nar idxal edir. Mən Azərbaycan almasının və narının dadına baxdım. Burdakı meyvələr həqiqətən çox dadlıdır. Onların ölkəmizə idxalı ilə bağlı real əməkdaşlıq imkanları mövcuddur", - deyə qonaq qeyd edib. 

O, Latviya məhsullarının Azərbaycana ixracı barədə də danışıb və ixracın illik dəyərinin 2,5 milyon avro civarında olduğunu deyib: "Hesab ediriəmki, biz daha çox məhsul sata bilərik. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında birbaşa avirreys var və əvvəllər Azərbaycana ixrac edə bilmədiyimi məhsulları hazırda edə bilirik”.