\
9 Oktyabr 2024 - Çərşənbə

Daha iki ABADçı Prezident tərəfindən təltif edilib

Daha iki ABADçı Prezident tərəfindən təltif edilib
1386baxış

Xəbər verildiyi kimi ötən gün Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mediapress.az xəbər verir ki, təltif edilənlər arasında daha iki ABADçı da var.

Belə ki, 3-cü dərəcəli “Əmək” ordeni ilə İsmayılov Hadı Seyid oğlu və “Tərəqqi” medalı ilə Bazarov Məhəmməd Heybullah oğlu təltif ediliblər.

Məlumat üçün bildirək ki, “ABAD”ın dəstək göstərdiyi İsmayılovlar ailəsi Masallının Əhmədli kəndinin sakinləridir. Ailənin başçısı Hadı İsmayılov uzun müddətdir ki, kənd təsəsərrüfatı ilə məşğuldur. Əkinçilik sahəsi üzrə ixtisaslaşmış ailənin çiyələk plantasisiyası var.

Digər ABADçə Məhəmməd Bazarov 10 ildən çoxdur ki, meyvəçiliklə məşğuldur. O, 5 ildir ki, intensiv bağçılıq sistemini yaradıb və alma, armud, gilas, saftali, gavalı və xurma kimi meyvə ağacları yetişdirir.