\
9 Oktyabr 2024 - Çərşənbə

Sabunçuda 30 yaşlı kişini avtomobil vurub

Sabunçuda 30 yaşlı kişini avtomobil vurub
1420baxış

Sabunçu rayonunda 30 yaşlı kişini avtomobil vurub.

"Mediapress.az" xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində yerləşən "Fidan" salonun yaxınlığında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Babayev Rafael Qurbanəli oğlu yolu keçmək istəyərkən maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.