\
9 Oktyabr 2024 - Çərşənbə

“Araz” supermarketdən alınan kolbasa iki günə xarab oldu - "Cənnət" firması günahı "Araz" marketdə gördü: "Ola bilsin ki, marketdə saxlanma şəraiti pozulub"

“Araz” supermarketdən alınan kolbasa iki günə xarab oldu - "Cənnət" firması günahı "Araz" marketdə gördü: "Ola bilsin ki, marketdə saxlanma şəraiti pozulub"
1510baxış

Bu barədə jurnalist Elnurə Abışova Mediapress.az-a məlumat verib.

“Ayın 2-də o tufanda, yağışda “Araz” supermarketə getmişdim. Ayın 6-da aldığım “Cənnət” firmasına məxsus kolbasa artıq sulanıb, kiflənib. 4 gün ərzində soyuducuda qalan “Cənnət oxot” kolbasasını atmaq məcburiyyətində qaldım. Əgər hər hansısa bir qida məhsulu 4 gündən sonra istifadə edilə bilməyəcəyiksə, bunu elə bəri başdan malın üstünə yazsınlar”, - deyən alıcı Elnurə xanım vəziyyətlə bağlı həm “Araz” supermarketi, həm də  “Cənnət” kolbasa-sosis firmasını tənqid edib.

Məsələ ilə bağlı Mediapress.az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölmə müdiri Billurə Əmirova bildirib ki, vətəndaşın aldığı oxot kolbasalarının saxlanma müddəti 40 gündür:

“Vətəndaş noyabrın 2- də “Araz” marketdən hisə verilmiş oxot kolbasası alıb. Məlumat üçün bildirim ki, həmin kolbasalar oktyabrın ayının 6-da istehsal olunub. Saxlanma müddəti 40 gündür. 15 noyabra qədər vaxtı var. Yəni məhsulun istifadə müddətinin bitməsindən söhbət gedə bilməz. Onu da əlavə edim ki, oxot hisə verimiş kolbasa məhsulu açıq şəkildə çəki ilə satılır. 

Yəni müştəri həmin kolbasadan hansı miqdarda istəyirsə, o qədər də alır. Maraqlıdır ki, əgər kolbasada problem olsaydı, müştəri onu yerindəcə, məhsulu seçərkən niyə görməyib? Burada bir məqamı nəzərə alaq ki, müştəri noyabrın 2-də məhsulu alıb və noyabrın 6-da şikayətini bildirib. Dörd gün ərzində məhsul hansı şəraitdə saxlanılıb? Şəkildə görünən odur ki, oxot kolbasalarının üzərindəki kif yox, məhsulun duzudur. Ümumiyyətlə, hisə verilmiş kolbasa məhsullarında duzun üzə çıxması xarakterik haldır”.

Jurnalist Elnurə xanım isə bildirib ki, soyuducumuz bir ilə yaxındır ki, alınıb: "Nə vaxt yeyirəm, bu mənim işimdir. Uşaq deyiləm ki, bilmirəm kolbasanı harada saxlamaq lazımdır?"

“Cənnət” firmasının sözçüsü Azər müəllim isə Mediapress.az-a, “biz məhsulu veririk şəbəkəyə, halal ətdən hazırlanıb hər biri. Heç bir problemimiz ola bilməz. Ola bilsin ki, marketdə saxlanma şəraiti pozulub, zərbəsi bizə dəyir. “İnam” verilişinin baş sponsoruyuq”, - deyə bildirdi.

Günel Ayxan