\
9 Oktyabr 2024 - Çərşənbə

İranda zəlzələ zamanı azı 5 nəfər ölüb, 120 nəfər xəsarət alıb - YENİLƏNİB-3

İranda zəlzələ zamanı azı 5 nəfər ölüb, 120 nəfər xəsarət alıb - YENİLƏNİB-3
1487baxış

İranda baş verən zəlzələ zamanı ölənlərin sayı artıb.

"Mediapress.az"un məlumatına görə, bu barədə barədə yerli "Press" TV xəbər verib. 

Bildirilir ki, Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə azı 5 nəfər həlak olub.

Zəlzələ zamanı 120 nəfər xəsarət alıb.

Qeyd edək ki, zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub.