\
9 Oktyabr 2024 - Çərşənbə

Gürcüstanın turizmdən gəliri artıb

Gürcüstanın turizmdən gəliri artıb
1388baxış

Gürcüstanın bu ilin yanvar-oktyabr aylarında xarici turizmdən əldə etdiyi gəlir 2,8 milyard dollar təşkil edib.

"Mediapress.az"ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə gəlir 25 milyon dollar və ya 0,9% artıb.

Bu ilin I və II rüblərində turizmdən Gürcüstan büdcəsinə daxilolmalar ÜDM-də 7,7% pay təşkil edib ki, bu da ötən illə müqayisədə 19,7% çoxdur.