\
9 Oktyabr 2024 - Çərşənbə

İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşib

İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşib
1391baxış

Şahmat üzrə 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

Mediapress.az” xəbər verir ki, bununla bağlı Moskvada Beynəlxalq Şahmat Federasiyası (FIDE), Rusiya Şahmat Federasiyası və Sverlovsk Şahmat Federasiyası arasında saziş imzalanıb.

Yarış 15 mart – 5 apreldə baş tutacaq.

Qeyd edək ki, İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər - Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıblar. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.