\
9 Oktyabr 2024 - Çərşənbə

Azərbaycanlı fenomen Beynəlxalq tədbirdə olay oldu - FOTOLAR

Azərbaycanlı fenomen Beynəlxalq tədbirdə olay oldu - FOTOLAR
1757baxış

Azərbacanlı fenomen Emin Qulu son günlər Türkiyə mediasında adı ən çox çəkilən azərbaycanlı olub.

Mediapress.az xəbər verir ki, buna səbəb yazarın  həm Azərbaycanda, həm Türkiyədə işıq üzü görən “20 Günde İngilizce” adlı kitabı olub.

 Azərbaycanlı poliqlotun xüsusi metodika ilə ingilis dilini cəmi 20 dərsə öyrətmək qabiliyyəti Türkiyədə böyük ajiotaj yaratdığından dərhal - mötəbər beynəlxalq tədbir sayılan – TÜYAP “Uluslararası İstanbul Kitap Fuar”-ına dəvət alıb.

Noyabrın 10-u həm də" İmza Günü" keçirilən 25 dil bilən poliqlot Emin Qulu haqda Türkiyənin öndəgedən xəbər saytları geniş yazılar yazıb, müxtəlif səpgidə müsahibələr alıblar.