Abid Mamedov AzFinance İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədri təyin edilib
AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov AzFinance İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədri təyin edilib.
Fins.az xəbər verir ki, bu barədə AzFinance İnvestisiya Şirkəti məlumat yayımlayıb.
Məlumatda bildirilir ki, AzFinance İnvestisiya Şirkəti 2014-cü ildə Abid müəllimin rəhbərliyi altında qurulub. Artıq 5 ildir fəaliyyət göstərən şirkət bu müddət ərzində sektorun ən yaxşı iki şirkətindən birinə çevrilib. Hazırda AzFinance İnvestisiya Şirkəti 110 mln AZN-dən çox aktivləri ilə bazara liderlik edir.
Qeyd olunur ki, Abid Mamedov AzFinance investisiya şirkətindən öncə 8 il maliyyə sektorunda çalışıb. O 5 il ərzində dünya maliyyə sektorunun liderlərindən biri olan Bloomberq şirkətinin MDB ölkələri üzrə Müştəri Xidmətləri üzrə Direktor vəzifəsində işləyib.
Qeyd edək ki, orta təhsilini Avropada alan Abid Mamedov 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Briston Universitetinin İqtisadiyyat fakultəsinndə Magistr dərəcəsini əldə edib.
Evlidir. İki övladı var.