\
9 Oktyabr 2024 - Çərşənbə

Xızıda qarın hündürlüyü 22 sm-ə çatdı

Xızıda qarın hündürlüyü 22 sm-ə çatdı
1421baxış
Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.
 
Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.
 
Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.
 
Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb. (apa)