\
9 Oktyabr 2024 - Çərşənbə

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib
1374baxış

ABŞ-ın vitse-prezidenti Mayk Pens əvvəlcədən elan etmədən İraqa səfərə gedib.

Mediapress.az” AFP-yə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Bağdadın qərbindəki Əyn əl-Əsəd hava bazasında yerləşdirilən amerikalı hərbçilərə baş çəkəcək.

Xatırladaq ki, ötən ilin 26 dekabrında ABŞ prezidenti Donald Tramp da İraqa gözlənilmədən səfər edərək amerikalı hərbçilərlə görüşüb. O, ABŞ-ın hərbi qüvvələrini bu ölkədən çıxarmaq fikrində olmadığını, eyni zamanda Suriyada antiterror əməliyyatları üçün İraq ərazisindən istifadə edə biləcəklərini açıqlamışdı.