\
9 Oktyabr 2024 - Çərşənbə

Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi (YENİLƏNİB)

Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi (YENİLƏNİB)
1506baxış
Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.
 
Mediapress.az Trend-ə istinadən bildirir ki, digər iki qız müalicələrini davam etdirir.
 
Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
 
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
 
*****
Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.
 

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər. 

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. 
 
Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
 

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.