\
9 Oktyabr 2024 - Çərşənbə

“İnterpol” xətti ilə axtarışda olan Böyük Britaniya vətəndaşı Bakıda tutulub

“İnterpol” xətti ilə axtarışda olan Böyük Britaniya vətəndaşı Bakıda tutulub
1499baxış

Pakistan Cinayət Məcəlləsinin 109-cu (qətl) maddəsi üzrə “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Böyük Britaniya vətəndaşı Bəşir Nədim Bakıda tutulub.

Mediapress.az” xəbər verir ki, B.Nədim London-Bakı aviareysi ilə Azərbaycana gələn zaman Heydər Əliyev Hava Limanında saxlanılıb.

Onun Pakistana ekstradisiya ediləcəyi gözlənilir.