\
9 Oktyabr 2024 - Çərşənbə

Prezidentin Katibliyi ləğv olunub, Dilarə Seyidzadə Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Prezidentin Katibliyi ləğv olunub, Dilarə Seyidzadə Prezidentin köməkçisi vəzifəsindən azad edilib
1561baxış

Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Mediapress.az"ın xəbərinə görə, sərəncamla Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad olunub.

Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.