\
9 Oktyabr 2024 - Çərşənbə

Qaxda 73 yaşlı piyadanı avtomobil vurub

Qaxda 73 yaşlı piyadanı avtomobil vurub
1436baxış

Qax rayonunda 73 yaşlı piyadanı avtomobil vurub.

"Mediapress.az"ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1946-cı il təvəlludlü İbrahimxəlil Məcidovu yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.