\
9 Oktyabr 2024 - Çərşənbə

Sabunçuda ev yandı, iki azyaşlı tüstüdən zəhərlənərək öldü

Sabunçuda ev yandı, iki azyaşlı tüstüdən zəhərlənərək öldü
1425baxış
Bakı şəhərində fərdi yaşayış evi yanıb. 
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb. 
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 
 
Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
 
Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.