"Forbes” azərbaycanlı milyarderlərin Moskvadakı savaşından yazdı (Sensasion iddialar)
İş adamları ilə bağlı dünya çapında nüfuz sahibi olan "Forbes” jurnalında azərbaycanlı iş adamları haqqında maraqlı bir yazı gedib. Məqalədə adı hallanan şəxslər rəsmən milyarderlər kimi tanınırlar. "Forbes” yazır ki, Rusiyada birgə iş görən iki azərbaycanlı milyarder arasında qarşıdurma yaranıb və milyarderlərdən biri o birinin üstünə silahlı birləşmə göndərib...
İlqar Hacıyev 15 ildən çoxdur ki, Azərbaycanda, keçmiş Sovet İttifaqı, Şərqi Avropa və hətta Nigeriyada yollar, körpülər, hava və dəniz limanları tikir. İndi o, Berlində yaşayan digər azərbaycanlı iş adamı Ziya Qazıyevlə ortaqlıq edir.
Amerika jurnalı yazır ki, İlqar Hacıyevin biznes istedadı haqqında əfsanələr dolaşır. O, 15 yaşında Azərbaycanın paytaxtını tərk edərək Rusiyaya gedib. Dörd il sonra, o, artıq milyonçu idi. Biznes sahəsində sürətlə irəlilədi. Bir müddət sonra yenidən Bakıya qayıtdı. "Akkord” tikinti şirkətini yaratdı. Sovet İttifaqının süqutu və Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən separatçı müharibə iqtisadiyyatı yaman günə qoymuşdu. Lakin 2006-cı ildən sonra Azərbaycanın karbohidrogen ehtiyatları Qərbə nəql olunmağa başladı. Ölkədə canlanma yarandı.
İndi isə o, Almaniya üzərindən Rusiyada yarımçıq qalan işlərini yekunlaşdırmağa çalışır...