\
9 Oktyabr 2024 - Çərşənbə

Elnur Məmmədli yeni vəzifəyə təyin olunub?! - EKSKLÜZİV

Elnur Məmmədli yeni vəzifəyə təyin olunub?! - EKSKLÜZİV
3544baxış

Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədlinin yeni vəzifə ilə təmin olunması xəbəri yayılıb.

Etibarlı mənbələrdən Mediapress.az-a daxil olan məlumata görə, cüdo üzrə tanınmış idmançının Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Natiq Cavadovun müşaviri təyin olunduğu söylənilir.

Məsələ ilə bağlı Elnur Məmmədli ilə əlaqə saxladıq. Köməkçisi Teymur müəllim Mediapress.az-ın əməkdaşına, “bu xəbəri ilk dəfədir ki, eşidirəm. Belə bir təyinat yoxdur. Yalan xəbərdir”, - deyə bildirdi.

Xatırladaq ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı olub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutub, daha sonra Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub.

Günel Ayxan