\
9 Oktyabr 2024 - Çərşənbə

Mediapress.az çəkib göstərdi, şəhid evi təmir olundu - Tovuzda

Mediapress.az çəkib göstərdi, şəhid evi təmir olundu - Tovuzda
1924baxış

Ötən il – 2018-ci ilin aprel ayında Mediapress.az-ın çəkiliş qrupu olaraq Tovuz rayonunun Ağdam kəndinə - bir şəhid ailəsinin harayına yollanmışdıq.

Məmmədova Şəfiqə uçuq-sökük evini göstərib, unudulduğundan gileylənmişdi. “İcra başçısının qəbuluna düşsəm də, mənə heç bir yardım göstərilmir. Evimiz erməni gülləsinə tuş gəlir tez-tez. Nə gecəmiz var, nə gündüzümüz. Başçı deyir, bizim büdcəmizdə pul yoxdur, sənə heç bir kömək edə bilmərik”, - deyən ana göz yaşı içində kömək istəmişdi.

http://mediapress.az/news/mediatv/1591-tovuzda-sehid-anasi-qan-aglayir (linkə daxil olub izləyə bilərsiniz)

P.S. Aldığımız məlumata görə, şəhid Məmmədov Hidayət Əlviz oğlunun evi nəhayət ki, təmir olunub. Bir şəhidimizin ruhu qarşısında azacıq da olsa, borcumuzu ödəyə bildiksə...

Hazırladı: Könül Aypara