\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu - FOTOLAR

Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu - FOTOLAR
1480baxış

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada bir gündə 650 min ağacın əkilməsi kampaniyasına Dövlət Gömrük Komitəsinin Akademiyası da qoşulub.

Mediapress.az xəbər verir ki, “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən bu genişmiqyaslı kampaniyada Akademiyanın əməkdaşları böyük həvəslə iştirak ediblər. Çox sayda şam və küknar ağaclarının əkilməsi ilə yekunlaşan ağacəkmə aksiyası Akademiyanın həyətində və ətrafındakı ərazilərdə həyata keçirilib.