\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Mitinqdə Poroşenkoya yumurta atdılar, arvadına dəydi - VİDEO

Mitinqdə Poroşenkoya yumurta atdılar, arvadına dəydi - VİDEO
1475baxış
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yumurta atəşinə məruz qalıb. 
 
“RİA Novosti” xəbər verir ki, hadisə müxalifətin mitinqi zamanı baş verib. 
 
Tribunaya çıxan və “Yaşasın Ukrayna!” deyən Poroşenkoya tərəf kütlənin içindən iki yumurta atılıb.  
 
Onlardan biri eks-prezidentin həyat yoldaşına dəyibsə, digəri Ali Radanın deputatı Atyom Çiygöz tərəfindən havada zərərsizləşdirilib.  
 
Poroşenko isə mikrofonda “Onu (yumurta atan adamı - red.) tutun” deyib.(oxu.az)