\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Mənzildən kişi meyiti tapıldı

Mənzildən kişi meyiti tapıldı
1419baxış

Bakıda mənzildən meyit tapılıb.

Mediapress.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Çerkazov İlya Mixayloviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.