\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Gürcüstanın baş prokuroru vəzifəsindən gedib

Gürcüstanın baş prokuroru vəzifəsindən gedib
1462baxış

Gürcüstanın baş prokuroru vəzifəsindən gedib.

"Report"un yerli bürosu xəbər verir ki, buna səbəb parlamentin bugünkü iclasında baş prokuror Şalva Tadumadzenin Ali Məhkəmənin hakimi kimi təsdiqlənməsidir.

Ş.Tadumadzenin hakim vəzifəsinə namizədliyini 89 deputat dəstəkləyib, yalnız bir deputat əleyhinə səs verib.

Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokuroru olub.