\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycan xam neft ixracını 7% artırıb

Azərbaycan xam neft ixracını 7% artırıb
1493baxış

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 29,13 milyon ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Mediapress.az” Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən xəbər verir ki, bu məhsulların dəyəri 14,006 milyard ABŞ dolları təşkil edib.

11 ay ərzində ixrac edilmiş xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çox, dəyəri isə 4,2% az olub.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,5% təşkil edib.