\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Sabunçuda yaşlı qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Sabunçuda yaşlı qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
1399baxış

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Mediapress.az"ın xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Mirheydər Zeynalovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il oktyabrın 18-də Zabrat qəsəbəsi ərazisində yerləşən "Seyid" marketin yaxınlığında baş verib.

1955-ci il təvəllüdlü Kərimova İsminaz Xudayar qızını yolu keçmək istəyərkən maşın vurub. O, sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

O.Mehdiyevə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.