\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb
1483baxış

Ağsu rayonunda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

"Mediapress.az"ın Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakinləri onlara qarşı dələduzluq törədildiyini bildiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən şəxsin Ağsu rayon sakini Əmirov Əmirxan Sədir oğlu olduğu müəyyənləşib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dirdirmə zamanı Ə.Əmirov etdiyi dələduzluq əməlini etiraf edib.

Faktla bağlı Ağsu RPŞ-də cinayət işi açılıb, istintaq gedir.