\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

"Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb" - Cavid Qurbanov

"Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb" - Cavid Qurbanov
1627baxış

"Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb".

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında bildirib ki, Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb:

"Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işləri görəcək. Həmçinin Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən geçəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".