\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

“BakuBus” avtobusları yolda qəzaya uğrayarsa və ya xarab olarsa, sərnişinlər digər avtobusa ödəniş etməlidirlərmi?" - Sözçü cavab verdi

“BakuBus” avtobusları yolda qəzaya uğrayarsa və ya xarab olarsa, sərnişinlər digər avtobusa ödəniş etməlidirlərmi?" - Sözçü cavab verdi
1429baxış

Bu günlərdə jurnalist Elşad Mətləboğlunun Facebook səhifəsindəki paylaşımı diqqətimizi çəkdi:

“BakuBus” avtobusları yolda qəzaya uğrayarsa və ya xarab olarsa, sərnişinlər digər avtobusa ödəniş etməlidirlərmi? Yoxsa ödənişsiz minirlər digər “BakuBus”-a?”

Əslində aktual mövzudur. Bu barədə dəfələrlə redaksiyamıza sərnişinlər tərəfindən şikayət və narazılıqla bağlı müraciətlər daxil olub.

Məsələni kökündə həll etmək üçün “Bakı Nəqliyyat Agentliyi”nin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb, sakinləri maraqlandıran sualla bağlı müraciət etdik.

“BakuBus”ın avtobuslarında dediyiniz hallar olarsa, həmin xətt üzrə gələn digər avtobusla sərniin getdiyi mənzilə çatdırılacaq”, - deyə Mediapress.az-a açıqlama verən Mais müəllim əlavə etdi ki, sərnişin mənzil başına getmək üçün ödəniş edib artıq:

“Əgər sərnişin ünvan başına özündən asılı olmayan səbəblərdən çata bilməyibsə, BNA tərəfindən problem yaranıbsa, biz bunu təmin etməliyik və edirik!”   

Könül Aypara