\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanlı xanım süni zəka sahəsində İlin Gənc Tədqiqatçısı seçildi! - Almaniyada

Azərbaycanlı xanım süni zəka sahəsində İlin Gənc Tədqiqatçısı seçildi! - Almaniyada
1475baxış
Həmyerlimiz Günay Kazımzadə 2019-cu ilin Almaniyada "Elm ili" seçilməsi münasibəti ilə Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına layiq görülüb. 
 
Mediapress.az xəbər verir ki,100-dən çox tədqiqatçı arasında nazirliyin Elmi Şurası tərəfindən seçilmiş 6 namizəd online səsvermə vasitəsilə yarışıb və Günay Kazımzadə Komputer Elmləri Kategoriyasında qalib olub. (https://ki50.de/ki-newcomer/)
 
Qeyd edək ki, Günay Kazımzadə 2008-2012-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi Riyaziyyat Fakultəsində təhsil alıb.
2012-ci ildə Azərbaycan Respublilası Xaricdə Təhsil üzrə Dövlət Proqramı və Almaniya Akademik Mübadilə Proqramı(DAAD) qalibi olaraq Almaniyanın Bonn Universitetində Komputer Elmləri üzrə təhsil alıb.
2018-ci ildən Berlin Texniki Univetsitetində Süni Zəka sahəsində doktorantura təhsilini davam etdirir. Həmçinin, Vayzenbaum İnstitutunda Tədqiqatçı olaraq çalışır.  O, 2018-ci ildə Google şirkətinim xanımlar üçün təhsis etdiyi Qrantın ilk azərbaycanlı qalibidir. Həmçinin, TED-də Süni Zəka sahəsi üzrə çıxış edən ilk azərbaycanlı xanımdır. O, Avropada, Amerikada baş verən 100-dən çox elmi-texniki konftanslarda çıxışlar edib. ACM, APA konfranslarında Süni Zəka sahəsində elmi məqalələri çap olunub 2019-ci ildən TechCentrum platformasını təsis edib. Platfotmanın əsas məqsədi Süni Zəka, Maşın Öyrənməsi, Blokçeyn kimi inkişafda olan texnologiyalar sahəsində azərbaycanlı gənclərə yardımcı olmaq və praktiki biliklərə yiyələndirməkdir.