\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Snouden kitabına görə qonorar ala bilməyəcək: ABŞ məhkəməsindən qərar

Snouden kitabına görə qonorar ala bilməyəcək: ABŞ məhkəməsindən qərar
1385baxış
.ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden yeni "Şəxsi iş” (Permanent Record) kitabının satışından gəlir əldə edə bilməyəcək.
 
Qaynarinfo xəbər verir ki, bu haqda kp.ru saytı məlumat yayıb.
 
Məlumata görə, ABŞ-ın Virciniya əyalətinin Şərqi Rayon Məhkəməsi xüsusi agentin dərc etməzdən əvvəl kitabının mətnini keçmiş işəgötürənə (MTA) göstərmədiyi üçün bir zamanlar aralarında bağlanmış müqavilənin şərtlərini pozduğunu hesab edib. 
 
Üstəlik, kitabda gizli məlumatların yer aldığı da təsbit edilib.