\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Ehtiyatda olan polkovnik Valeh Rəcəbov vəfat edib

Ehtiyatda olan polkovnik Valeh Rəcəbov vəfat edib
3515baxış

Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyatda olan polkovnik Valeh Rəcəbov uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

Mediapress.az xəbər verir ki, bu barədə məlumatı onun yaxın dostu, silahdaşı olmuş Üzeyir Cəfərov Facebook səhifəsində paylaşıb: 

"Əziz və dəyərli hərbçi dostlar!
Səhəri acı xəbərlə açmaq hamı üçün çox ağırdır. Bir qədər əvvəl Silahlı Qüvvələrimizin sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş, sonuncu xidmət yerləri Müdafiə Nazirliyinin Bərdə Hərbi Birləşməsinin şəxsi heyət üzrə komandir müavini, MN-nin idarələrindən birində olmuş, hazırda isə ehtiyatda olan polkovnik, dəyərli dostumuz Valeh Rəcəbovun uzun sürən ağır xəstəlikdən sonra gözlərini həyata əbədi yumduğu xəbərini aldıq. Valeh bəyi itirmək hər birimiz üçün çox ağırdır. Amma, bu həyatın amansız qaydasıdır və bizlər hələ ki acizik ki bu qaydanı pozaq. Mən bu acı xəbəri Valeh Rəcəbovu yaxından tanıyan, onunla çiyin-çiyinə çalışmış dostlara, yoldaşlara çatdırmağı özümə borc bildim ki, biz dəyərli dostumuzu və qardaşımızı bu gün Müdafiə Nazirliyinin hərbi qulluqçular üçün nəzərdə tutulmuş Qurd Qapısı qəbirstanlığına (2-ci Fəxri Xiyabanın yanı) son mənzilə yola salmaq üçün toparlanaq. Mərhumun cənazəsi saat 12-də Bakıxanov qəsəbəsində Sabunçu Rayon İcra hakimiyyətinin binasının arxasındakı həyətdən götürüləcək.
Əziz dostum, qardaşım qədər əziz olan polkovnik İslam Gəncəliyevə və digər yaxınlarımıza, Valeh bəyin ailəsinə Allahdan səbr, dözüm arzulayıram. Qardaşımızın ruhu şad, məkanı cənnət, qəbri nurla dolsun. Allah rəhmət eləsin! Amin!"

Allah rəhmət eləsin!