\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

İlin unudulmaz anları: 2019-a damğasını vuran 14 FOTO

İlin unudulmaz anları: 2019-a damğasını vuran 14 FOTO
1454baxış
Dünyada baş verən təbii fəlakətlər, etirazlar, qlobal problemlər, mübarizələr və siyasətə dair bir-birindən maraqlı anlar fotomüxbirlərin obyektivində....
 
Qaynarinfo xarici mətbuata istinadən unudulmaz o anlara dair 14 fotonu təqdim edir.
 
1 yanvar - Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyindən Yeni İl atəşfəşanlığını izləyirlər (AP - Leo Korrea) 
 
17 fevral - "Save The Children"ın hesabatına görə 3 il ərzində Yəməndə 85 min uşaq aclıqdan ölüb. Ölkədə hər 10 dəqiqədə 1 uşaq qarşısıalınabilən səbəblərdə ötrü ölür (Xalid Abdullah)
 
14 mart - Efiopiyada 157 nəfərin öldüyü təyyarə qəzasında həyatını itirənlərdən birinin yaxını ölüm xəbərini alır. (Tiksa Negeri)
 
11 aprel - "WikiLeaks"in qurucusu avstraliyalı Culian Assanj sığındığı Ekvadorun London səfirliyindən çıxarılaraq, həbs edilir (Hannah MakKey)
 
 
15 aprel - Fransanın paytaxtı Parisin simvolu hesab edilən Notr-Dam kilsəsində yanğın baş verdi. 800 ildən uzun tarixi olan tikilinin əsas tavanı və bürclərindən biri dağıldı (Benoit Tessier)
 
20 may - Ukraynanın yeni prezidenti Vladimir Zelenski Ali Radada and içərək vəzifəsinin icrasına başladı. Millət vəkillərinə səslənən ölkə başçısı parlamenti buraxdığını və növbədənkənar seçkilərin keçiriləcəyini elan etdi (Mixaylo Markiv)
 
24 may - Brexit siyasətinin böhrana uğraması ilə İngiltərənin baş naziri Tereza Mey istefa verdiyini açıqladı. Mey qərarını açıqlayarkən göz yaşlarını saxlaya bilmədi (Tobi Melville)
 
30 iyun - ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Cənubi və Şimali Koreyanın sərhəddində görüşdü. Tramp Şimali Koreyaya ayaq basan ilk ABŞ prezidenti oldu (KCNA)
 
22 iyul - Quetamalalı miqrant bir qadın ABŞ sərhəddində meksikalı əsgərdən oğlunun Amerika torpaqlarına keçməsinə icazə verməsi üçün yalvarır (Xose Luis Qonzales)
 
22 avqust - Rusiyanın Sankt-Peterburq şəhərində bir anbarda yanğın baş verdi. Yanğınsöndürənlər hadisəyə müdaxilə edərkən ortaya çıxan mənzərə diqqət çəkdi (Anton Vaqanov)
 
15 sentyabr - Honq Konqda cinayətkarların Çinə ekstradisiyasını asanlaşdıran qanun layihəsi ləğv edildi. Ancaq nümayişçilər tələblərinin yerinə yetirilmədiyini bildirərərk, polis müdaxiləsinə rəğmən aksiyalara davam edirlər (Corc Silva)
 
1 oktyabr - İraqın paytaxtı Bağdadda başlayan və ölkənin digər bölgələrinə yayılan korrupsiya və işsizlik əleyhinə aksiyalar başladı. Nümayişlərdə onlarla vətəndaş həyatını itirdi (AFP)
 
20 noyabr - Benzin qiymətlərinin artırılmasına qarşı aksiyaların keçirildiyi İranda hökumət internetə çıxışa qadağa qoydu (AFP)
 
11 dekabr - TİME dərgisi 16 yaşlı iqlim aktivisti Qreta Zunberqi ilin adamı seçdi