\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Xoşbəxt Yusifzadə ilə bağlı sərəncam

Xoşbəxt Yusifzadə ilə bağlı sərəncam
1542baxış

Azərbaycan Prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb. 

Mediapress.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.