\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Sabah Bakı və Abşeronun bir hissəsində su kəsiləcək

Sabah Bakı və Abşeronun bir hissəsində su kəsiləcək
1389baxış

Magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah Abşeron rayonunun Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Bakıın Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

"Mediapress.az" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.